Krım tatarları Krımın ərzaq blokadasına başladı – VİDEObackend

Krım tatarları Krımın ərzaq blokadasına başladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyd edək ki, bir neçə gün öncə Ali Radada çıxışı zamanı Krım Tatarları Məclisinin sədri Rafət Çurabov bildirmişdi ki, sentyabr ayının 20-dən, günorta saatlarından başlayaraq Ukraynadan Krım yarımadasına gedən bütün yolar nəzarətə götürülərək ərzaq və digər məhsullar daşıyan yük maşınlarının üzünə bağlanacaq, ancaq insanların və minik avtomobillərinin Krıma gediş – gəlişinə heç bir maneə yaradılmayacaq.

Krım tatarları Krımın ərzaq blokadasına başladı - VİDEO

Artıq bu aksiyanın həyata keçirilməsinə başlanılıb və 1 sutka ərzində Ukraynadan Krıma yolanan 1000-ə yaxın TİR sərhəd keçidlərində saxlanılaraq onların Krıma keçməsinə imkan verilmir. Saxlanılan yük maşınlarının sayı hər dəqiqə artıq, Krımda isə ərzaq ehtiyatlarının yaxın günlərdə tükənə biləcəyi ehtimal edilir. Qeyd edək ki, hazırda Krıma gedən bütün quru yoları Ukrayna ərazisindən keçir.
Rafət Çurabov bildirir ki, bu aksiya uzun müddətli aksiyadır.

Krım tatarları bu yolla Krımın Rusiya tərəfindən işğalına və Krım tatarlarının tanınmış simalarının yarımadaya girişinə Rusiya tərəfindən qoyulan qadağalara etirazlarını bildirirlər.

E. Məmmədov
İnterpress.az