Qarabağ əlili: “Özümü yandıracağam”backend

Qarabağ əlili: “Özümü yandıracağam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onların evləri, ticarət obyektləri dələduzluq yolu ilə əllərindən alınıb. Onlarla kredit vermək adı altında müqavilə bağlanıb. Etirazçılar bildirib ki, 5-10 min manat məbləğində kredit götürsələr də natariusda təsdiq olunan sənəddə bu 50-60 min manat, hətta daha çox göstərilib.

Bu vətəndaşlar götürdükləri krediti ödədikdən sonra kredit verən şəxslər müqavilədə göstərilən məbləğin ödənilməsini tələb edib. Məhkəmə də qərar çıxarıb ki, bu şəxslər evdən çıxmalıdır. Etiraz edənlərin əksəriyyəti artıq evlərindən çıxarılıb.

Kredit götürüb aldadılan şəxslər hazırda Ali Məhkəmənin qarşısındadırlar və məhkəmənin sədri Ramiz Rzayevlə görüşmək istədiklərini bildirirlər. Vətəndaşlar 5-6 dəfə Ali Məhkəmənin qarşısına gəlsələr də, onları qəbul edən olmayıb. Etirazçılardan biri Qarabağ müharibəsi əlilidir və o bildirib ki, Ramiz Rzayev onları qəbul etməsə özünü yandıracaq.

Etirazçılar bildirib ki, onları aldadıb müqavilə bağlatdıran Hüseynova Reyhan, Rüstəmova Ceyran, Rüstəmova Kəmalə, Gülməmmədova Mətanət hazırda həbsdədirlər və məhkəmə onların bəraətinə qərar verib. ( musavat.com )

İnterpress.az