İnterpress.az xəbər verir ki, bu gün səhər Rusiyanın Volqoqrad şəhərində naməlum şəxslərlə ermənilər arasında silahlı insident baş verib.
Polisdən verilən məlumata görə, Ermənistan vətəndaşı olan 7 nəfər toy mərasimindən sərxoş vəziyyətdə çıxıb və taksi çağırıblar. Taksi sürücüsü sərxoş gənclərin 7-sinin də eyni zamanda onun maşınına əyləşməsinə etiraz edib. Bundan sonra gənclərlə sürücü arasında mübahisə yaşanıb və ermənilər sürücünü döyərək, ona ağır bədən xəsarəti yetiriblər.
Tək 7 nəfərin fiziki təziqinə məruz qalan sürücü isə öz növbəsində qohumunu köməyə çağırıb. Hadisə yerinə gələn qohum üzərində gəzdirdiyi silahla ermənilərə atəş açıb. İnsident zamanı İqor Smolyaninov, Oleq Semenov, Armen Yeqizaryan, Aleksandr Klumuxin və Vlad Djercixanyan yaralanıb, 22 yaşlı Yan Kluşin işə hadisə yerində keçınib.
Şəhər polisindən bildirilib ki, hazırda taksi sürücüsü və digər yaralılar xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs isə günorta saatlarında saxlanılıb. Onun kimliyi polis tərəfindən rəsmi açıqlanmasa da mətbuata sızan məlumatlara görə ermənilərə atəş açan şəxs Vəliyev familiyalı Azərbaycanlıdır. Ermənilərin döydüyü taksi sürüçüsü də Azərbaycanlı olub.
Qeyd edək ki, ölən Yan Kluşin Volqoqradda əlbəyaxa döyüş növləri üzrə tanınmış idmançı olub.
İnterpress.azhttps://youtube.com/watch?v=jczMheQ1rng