“Özlərini Dağlıq Qarabağın rəsmləri kimi təqdim edən şəxslərlə münasibətlərimiz yoxdur”backend

“Özlərini Dağlıq Qarabağın rəsmləri kimi təqdim edən şəxslərlə münasibətlərimiz yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu ənənəvi onlayn mətbuat konfransında Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibliyindən bildiriblər.

“Tanınmamış Dağlıq Qarabağ rəsmləri ilə Fransanın yerli idarəetmə orqanları arasında əlaqələr var. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olduğu halda, həmin əlaqələr bu siyasətlə ziddiyyət təşkil etmirmi” sualına katiblikdən belə cavab verilib:

“Sizin nəzərdə tutduğunuz həmin təşəbbüslər Fransa Respublikasının prezidenti və xarici işlər və beynəlxalq inkişaf nazirinin ifadə etdiyi kimi, Fransanın mövqeyini əks etdirmir. Fransa yerli idarəetmə orqanlarının bu təşəbbüsləri Fransa hökuməti üzərinə öhdəlik qoymur. Bizim mövqeyimiz aydındır, biz Dağlıq Qarabağı tanımırıq və bizim özlərini Dağlıq Qarabağın rəsmləri kimi təqdim edənlərlə münasibətlərimiz də yoxdur”. (apa)

İnterpress.az