İŞİD UNİVERSİTETİ – Sıralar qadağan, rektor “xəlifə”nin həkimi oldubackend

İŞİD UNİVERSİTETİ – Sıralar qadağan, rektor “xəlifə”nin həkimi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, mətbuata açıqlama verən Kürdüstan Demokrat Partiyası (KDP) Mosul məsul şəxslərindən olan Səid Məmuzini, İŞİD-in Mosul Universitetinin adını \”İslam Dövləti Universiteti\” olaraq dəyişdirdiyini, rektor olaraq da təşkilatın xəlifəsi Əbubəkr Bağdadinin yaralı olarkən əməliyyatını edən həkimin təyin edildiyini deyib.

İŞİD, universitetdə qızların bəzi fakültələrdə oxumasına icazə vermir. Məsələn əkinçilik və heyvandarlıqla əlaqədar fakültədə yalnız kişilər oxuya bilir.

Qızların tibb fakültəsində oxumasına icazə verilərkən, kimya, fizika, coğrafiya və antropolgiya bölümlərinə müraciət etmələri isə qadağan edilib.

Səid Məmuzini, tələbələr sıralarda oturmasının qadağan edildiyini və dərslərdə yerdə oturma zəruriliyinin olduğunu söyləyib.

1959-ci ildə qurulan və 1967-ci ildə təhsilə başlayan Mosul Universiteti, Bağdad Universitetindən sonra İraqın ikinci elm mərkəzi olaraq qəbul edilir.

Digər tərəfdən Məmuzini, Səlahaddinin Bəycə rayonundan təşkilat mənsublarına aid 171 cəsədin Musula gəldiyini, 66 cəsədin Telafər və Beacda toplu məzarda basdırıldığını bildirib.

Koalisiyaya aid döyüş təyyarələrinin bu gün Mosulun Geyara bölgəsində təşkil etdiyi əməliyyatda isə IŞİD-in təhsil düşərgəsi hədəf alındı. Bombardmanda hərbi təhsil üzrə ekspert Abdullah Həsən Sebavinin də olduğu çox sayda IŞİD üzvləri öldürüldü.

Dünən həmçinin Həzlaniyə Qərargahında bomba qoyulan bir avtomobilin partlaması nəticəsində 18 İŞİD üzvü öldü.

Xatırladaq ki, Mosul 9 İyun 2014-cü ildə İŞİD-in əlinə keçmişdi.

İnterpress.az