İnterpress.az xəbər verir ki, Amerikanın CBS televiziyasına müsahibə verən Ruhani, ABŞ-ın İrana qarşı çox səhvlər etdiyini söyləyərək, bunları qeyd edib: \”ABŞ, bu səhvlərini kompensasiya etməlidir. İran xalqı, Amerika rəhbərliyinin siyasətinə güvənmədi və hələ də güvənmir, güvən mühitinin təmin edilməsi üçün uzun bir zamana ehtiyac var. Nüvə razılaşması çərçivəsində əldə olunan öhdəliklərin həyata keçirilməsi, güvən yolunda atılacaq addımları gücləndirə bilər.\”
İranda tez-tez istifadə edilən \”ABŞ-a ölüm\” şüarının Amerika xalqını hədəf almadığını deyən Ruhani, \”İran xalqı Amerika xalqına hörmət duyur. ABŞ rəhbərliyinin siyasəti İran xalqının maraqlarına qarşı olubsa xalqın bu məsələdə həssaslıq göstərməsi təbii bir davranışdır\” ifadələrini işlədib.
Ruhani, ABŞ rəhbərliyinin İranin köhnə şahı Məhəmməd Rza Pəhləviyə qarşı edilən qiyamda xalqa qarşı Pəhləvini dəstəklədiyini və 8 illik İran-İraq müharibəsində Səddam Hüseyndən yana mövqe sərgilədiyini söylədi.
Ruhani, \”Xalqımız bunları unutmadı ancaq bir ölkə ilə uzun müddət düşmənçilik içində olubsa belə yaxşı bir gələcək üçün fikir çıxarıb planlar edə bilərik\” deyib.
İnterpress.az