İnterpress.az xəbər verir ki, Pentaqonun yaydığı, peykdən çəkilmiş foto və video görüntülərdə Suriyada Bəşər Əsədə sadiq qüvvələrin nəzarətində olan Lakatiya yaxınlığındakı hərbi aerodroma yeni yerləşdirilmiş Rusiya hərbi təyyarələri görüntülənib. ABC News-in Pentaqona əsaslanan məlumatında deyilir ki, fotoda götüntülənən təyyarələr Rusiya ordusuna aid Su-30M qırıcı və Su 25 hücum təyyarələridir.
ABŞ hərbi kəşfiyyatı müəyyən edib ki, Rusiya yaxın günlərdə Suriyaya 4 Su-30M qırıcı, 12 ədəd Su 25 hücum təyyarəsi və yenə də 12 ədəd Su 24 cəbhə bombardmançısı göndərib. Bundan başqa Rusiyanın Suriyaya 15 ədəd Mi 17 və Mi-25 hərbi helikopterlərini yerləşdirdiyi də iddia olunur.
Maraqlıdır ki, Rusiya tərəfi buna heç bir reaksiya vermeyib. Əksinə Kreml Pentaqonun yaydığı məlumatları qulaq ardına vuraraq, Suriya rəhbərliyindən İŞİD-ə qarşı mübarizədə Rusiya ordusunun cəlb edilməsi ilə bağlı səslənən fikirlərə \”Belə bir rəsmi müraciət olarsa, biz bu məsələyə baxa bilərik\” reaksiyası nümaiş etdirilib.
İnterpress.az