ABŞ-dan skandal açıqlama: “YPG-ni terror təşkilatı olaraq görmürük”backend

ABŞ-dan skandal açıqlama: “YPG-ni terror təşkilatı olaraq görmürük”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ABŞ Xarici işlər nazirliyinin sözçüsü John Kirby, paytaxt Vaşinqtonda təşkil etdiyi mətbuat konfransında, \”Türk hökuməti YPG-ni terror təşkilat olaraq görür, ABŞ rəhbərliyi isə YPG-yə dəstək verir. Arada bu qədər kəskin fərqlər var ikən Türkiyə ilə əməkdaşlığı necə idarə edirsiniz? \”Sualına verdiyi cavabda, ABŞ-ın YPG-ni terror təşkilat olaraq görmədiyini deyib.

Kirby, \”Biz YPG-ni terror təşkilat olaraq qiymətləndirmirik. Suriyada, İŞİD-ə qarşı mübarizədə uğurlarını da sübut etdilər. İŞİD əleyhdarı qruplarla bunlar uğurlu müəffəqiyyətlidirlər, müvəffəqiyyətli də ola bilərlər, birlikdə işi davam etdirəcəyik. Bundan başqa bunların hamısı də kürd deyil \”deyə bildirib. Türk hökumətinin YPG ilə bağlı narahatlıqlarını anladıqlarını ifadə edən Kirby, \” Görüşlərimizdə davam etdiririk. Türkiyənin İŞİD ilə mübarizədə koalisiyaya verdiyi dəstəyi və İŞİD-ə qarşı birbaşa etdiyi mübarizəni təqdir edirik \”deyib.

İŞİD-ə qarşı koalisiyanın ortaq məqsədlə bir araya gəldiyini ifadə edən Kirby, \”Ancaq hər mövzuda eyni fikirdə olmaq məcburiyyətində deyilsiniz. Mübarizədə harada, nə zaman və necə əlinizdən ən gəlirsə onu edərsiniz. Biz də bu əhəmiyyətli mübarizəni belə idarə edirik\” deyə bildirib.

Kirby, Suriyada hərbi baza etməyi davam etdirməkdə olan Rusiyanın bu addımımdam narahatlıq duyduqlarını, Rusiyanın İŞİD ilə mübarizə üçün baza yaratdığını söyləməsi hələ nə qədər həqiqəti əks etdirdiyini bilmədiklərini də söylədi.

İnterpress.az