Peşmərgələr Şərqi Kürdüstanda – VİDEObackend

Peşmərgələr Şərqi Kürdüstanda – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ötən həftə Rojhılatın Sino şəhərinə girib xalqla görüşən KDP peşmərgələri, 2 gecə əvvəl Sərdəşt şəhərinə girdi. Peşmergelerin nümayişi sosial mediada yayılıb.

KDP saytından edilən açıqlamaya görə, Sərdəşt şəhərinə girən peşmərgələr ətraf kəndlərdə və şəhər mərkəzində xalq tərəfindən coşğuyla qarşılandı. Peşmərgələrin şəhərə daxil olduğunu göstərən videoda, Kürd bayrağının açıldığı görülür.

Açıqlamada peşmərgələrin Nehede şəhərinin Gerguliya bölgəsinə də girib təbliğat apardığı deyilir.

Xəbərin yayılmasından sonra sosial mediada KDP peşmərgələrinin köhnə fotoşəkilləri çox sayda istifadəçi tərəfindən paylaşıldı.

İnterpress.az