İsrailin Rusiya narahatlığıbackend

İsrailin Rusiya narahatlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İsrail Baş naziri Netanyahu Rusiya Dövlət başçısı Putin ilə görüşüb.

Rusiya Dövlət Başçısı Vladimir Putin ilə görüşdə İsrail Baş naziri Netanyahu, \”ziyarətinin məqsədinin Rus və İsrail qüvvələri arasında səhv anlaşılma olmasını önləmək olduğunu\” söyləyib.

Netanyahu, Suriyada Hizbullaha silah tədarükü təmin edilməsini, Suriya ordusunun və İranın İsrailə qarşı \’ikinci bir cəbhə\’ açmasını qarşısını almağa qərarlı olduqlarını da ifadə edib.

\”Suriya öz dövlətini qorumağa çalışır\”

Rusiya Dövlət Başçısı Putin də Rusiyanın Yaxın Şərqdəki hərəkətlərinin \”hər zaman çox məsuliyyətli olduğunu və belə olmağı davam etdirəcəyini\” söyləyib. Putin, \”Suriya ordusunun və ümumi olaraq Suriyanın ikinci bir cəbhə açacaq vəziyyətdə olmadığını görür və bilirik. Suriya öz dövlətini qorumağa çalışır \”deyib.

İsrail mətbuatına görə Netanyahu hökuməti, zaman zaman Hizbullaha silah daşıma nöqtələrini hədəf alan və Suriyadan edilən raket atışlarına cavab verən İsrail hərbi təyyarələrinin, Rus reaktivləri və Rusların nəzarət etdiyi zenit sistemləriylə qarşı-qarşıya gəlməsindən narahatlıq keçirir.

Netanyahuya İsrail Baş qərargahının General-leytenantı Qadi Eisenkot və İsrail Hərbi Kəşfiyyat Şefi general Herzl Halevi-nin müçaiyyət etməsi səfərin strateji baxımdan əhəmiyyətini göstər.

İnterpress.az