23 və 45 yaşlı iki ukraynalını qaçıraraq, ailələrindən 150 min dollar tələb edən Azərbaycan vətəndaşı ona beh kimi verilən lüks avtomobilə minərkən yaxalanıb. Təqsirləndirilən şəxsin yaşadığı evdən avtomat silah və xeyli güllə, saxta pasportlar, 9600 dollar tapılıb, girov saxlanılan iki nəfər azad edilib.
İstanbulda Ukrayna Baş Konsulluğuna müraciət edən bir nəfər 23 yaşlı Roman O. və 45 yaşlı V. B. adlı şəxslərin qaçırıldığını, azad olunmaları üçün 150 min dollar tələb olunduğunu bildirib. Keçirilən əməliyyatla Roman O.-nun anası Lyudmila O. təqsirləndirilən şəxslə əlaqə saxlayaraq, tələbini qəbul etdiyini bildirib. Beh olaraq, ona lüks avtomobil veriləcəyini deyən qadın şübhəli şəxslə bir hoteldə görüşüb. 46 yaşlı Ənvər S. adlı təqsirləndirilən şəxs həmin maşına minərkən tutulub.
Ənvər S. barəsində həbs-qətimkan tədbiri seçilib. ( apa )
İnterpress.az