Sürücü sükan arxasında öldübackend

Sürücü sükan arxasında öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayonun Gərmətük qəsəbə sakini, 1953-cü il təvəllüdlü Seyfulla Şükürov sentyabrın 22-də ona məxsus “VAZ-21011” markalı minik avtomobilini idarə edərkən qəfildən vəziyyəti pisləşib. Sürücü dərhal maşını kənara çəkərək saxlayıb. Ətrafdakıların müdaxiləsi ilə S.Şükürov Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlər ona heç bir kömək edə bilməyiblər.

Sürücünün meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Onun ölümünün dəqiq səbəbləri həyata keçirilmiş ekspertizanın yekun rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az