İnkassator avtomobili qəzaya uğrayıb – YENİLƏNİBbackend

İnkassator avtomobili qəzaya uğrayıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə-Daşkəsən yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların şəxsiyyəti müəyyənləşib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, inkassator avtomobilində olan bank işçiləri – 1988-ci il təvəllüdlü Samir Abdullayev, 1978-ci il təvəllüdlü İlyas Verdiyev və 1989-cu il təvəllüdlü Rufan Hümbətov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına oradan isə Bakıya – Mərkəzi Klinik

Xəstəxanasına aparılıblar.

***

Göygöl rayonun Qızılca kəndi ərazisində Azərbaycanda fəaliyyət göstərən banklardan birinin inkassator avtomobili ilə “Ford Tranzit” markalı avtomobil toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. ( apa )

İnterpress.az