XİN: “Məqsəd danışıqlar prosesinin irəliləməsinə maneə yaratmaqdır”backend

XİN: “Məqsəd danışıqlar prosesinin irəliləməsinə maneə yaratmaqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, beynəlxalq humanitar hüquq üzrə öhdəliklərini ciddi şəkildə pozaraq, Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən mülki şəxslərin hədəf seçilməsi davam etdirilir.

\”Ermənistanın son belə təxribatı nəticəsində sentyabrın 23-də Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli kəndinin mülki sakini Dursunova Esmira Aslan qızı yaralanıb.

Ermənistan atəş məntəqələrini qəsdən mülki obyektlərin içərisində və yaxınlığında yerləşdirərək və Azərbaycan silahlı qüvvələrinin mövqelərinə atəş açaraq, cavab atəşi ilə öz mülki şəxslərini hədəf obyekti etmək cəhdi kimi qeyri-insani taktika seçmişdir. Terrorçulara xas olan və mülki obyektləri və şəxsləri özünə sipər seçən bu taktika ilk növbədə Ermənistan vətəndaşlarına qarşı hərbi cinayətdir.

Azərbaycan Respublikası Cenevrə konvensiyaları və əlavə protokollar üzrə öz üzərinə götürdüyü öhdəliklərinə sadiqdir.

Ermənistandan fərqli olaraq, Cenevrə konvensiyaları və əlavə protokollar üzrə üzərinə düşən öhdəliklər Azərbaycan silahlı qüvvələrinin məcburi təlim – tədris proqramının tərkib hissəsidir. Ümumiyyətlə, mülki şəxslərin qorunması, qadın, uşaq və qocalara kömək edilməsi Azərbaycan xalqının və Azərbaycan əsgərinin malik olduğu yüksək mənəvi-əxlaqi dəyərdir.

Ermənistanın Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə siyasəti, Xocalı soyqırımı, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki Azərbaycan əhalisinin hədəfə alınması və hətta öz vətəndaşlarının hərbi məqsədlərlə sipər və təxribat obyekti kimi istifadə etməkdən belə çəkinməmək Ermənistanın hərbi – siyasi rəhbərliyinin hərbi və insanlıq əleyhinə cinayət əməllərinin tərkib hissəsidir.

Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəsin pozulması və vəziyyətin gərginləşməsinin səbəbi Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam etməsidir.

Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı davam etdiyi halda, vəziyyətin gərginləşməsinə görə işğalçı dövlət kimi bütün məsuliyyət Ermənistanın üzərinə düşür\”, – deyə XİN sözçüsü qeyd edib.

İnterpress.az