İnterpress.az xəbər verir ki, Səudiyyə kralının oğlu Məhəmməd bin Salmanın hadisə baş verən gün Mina dağına getdiyinə dair məlumatı Livanda dərc olunan “El-Diyar” qəzeti yayıb. Qəzetin yazdığına görə, şahzadə konvoyla birlikdə şeytanı daşlamağa gedib.
Bu zaman onun yanında 350-yə yaxın polis və hərbçi olub.
İddiaya görə, şahzadənin gəlişi ilə zəvvarların hərəkət istiqaməti məcburi dəyişdirilib. Bu isə son nəticədə izdihama səbəb olub.
İnterpress.az