Sentyabrın 25-də Y.Blatter prokurorluq əməkdaşları tərəfindən dindirilib.
Bundan əvvəl naməlum səbəbdən onun mətbuat konfransı ləğv edilib. İsveçrə prokurorluğunun məlumatına görə, FİFA prezidenti vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.
Y.Blatterin ofisində axtarış həyata keçirilib və bütün sənədlər götürülüb.
İnterpress.az