Birinci xanıma cinayət işi açıldıbackend

Birinci xanıma cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peru prezidentini Olyanta Umalanın həyat yoldaşı Nadin Eredina çirkli pulların \”yuyulmasında\” iştirak etməkdə şübhəli bilinir. Ölkə prokurorluğunun yaydığı məlumata görə birinci xanım son bir beçə il ərzində naməlum mənbələrdən mənşəyi şübhə doğuran küllü miqdarda maliyyə vəsaitləri alıb. Bu barədə məlumatı prokurorluğa istinadən El Nuevo Herald portalı yayıb.

Prokurorluq həmçinin vurğulayır ki, toplanan məlumatlar sübüt edir ki, Nadin Eredina ərinin 2006 və 2011-ci illərdəki prezident seçkilərində iştirakı zamanı da seçki öncəsi naməlum mənbələrdən böyük məbləğdə maliyyə vəsaitləri əldə edib.

Hazırda prokurorluq qaldırılmış cinayət işi ilə bağlı istintaqı davam etdirir və birinci xanımın günahı subuta yetirilərsə onun özünü uzun müddətli həbs çəzası, çirkli pullar hesabına prezident seçildiyi məlum olan ərini isə siyasi karyerasının tam iflası gözləyir.

İnterpress.az
E. Məmmədov