Bunu BMT-də dayanıqlı inkişaf mövzusunda keçirilən sammitdə İran prezidenti Həsən Ruhani bildirib.
Ruhanin sözlərinə görə, Tehran və “altılıq” ölkələri arasında son iki ildə aparılmış danışıqlar prosesi ətraf mühitin qorunması sahəsi daxil olmaqla regional və beynəlxalq əməkdaşlıq üçün əlverişli şərait yaradıb.
“Biz dayanıqlı regional inkişaf naminə digər ölkələrlə konstruktiv münasibətlər, texnologiyaların və biliklərin ötürülməsi, birgə elmi fəaliyyət vasitəsilə qonşularımızla əməkdaşlıq etmək niyyətindəyik. Belə şəraitdə ətraf təhlükələrdən qorunmuş daha dayanıqlı dünya qurmaq mümkündür”, deyə Ruhani qeyd edib.
Interpress.az