Replikalarla dolu qurultay: Əli Kərimli yenidən AXCP sədri oldubackend

Replikalarla dolu qurultay: Əli Kərimli yenidən AXCP sədri oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AXCP İdarə Heyətinin üzvü Sahib Kərimli çıxış edərək, namizədliyini geri götürüb.

S. Kərimli çıxış edərək, sədrin məruzəsini qənaətbəxş hesab etmədiyini deyib: \”Çünki biz illərlə mübarizə aparsaq da, hakimiyyətə gələ bilməmişik. Biz AXCP olaraq cəmiyyətə kadr təqdim edə bilmirik. Mənim mübarizəmə kölgə salmaq istədilər. Heç bir xəyanətdən söhbət gedə bilməz. Məni söyənlərə haqqımı halal edirəm. Gizli səsvermə keçirməliyik. Açıq səsvermə qurultay nümayəndələrinin iradəsinə müdaxilədir\”.

Bundan sonra qurultay nümayəndələri S.Kərimlinin çıxışına etiraz edərək, yerdən replikalar atmağa başlayıblar.

S.Kərimli səsvermənin gizli keçirilmədiyini əsas gətirərək, partiya sədrliyinə namizədliyini geri götürüb. O, növbəti qurultayda partiya sədrliyinə namizəd olacağını deyib.
Əli Kərimlinin başqa alternativi olmayıb və o, sədr seçilib. (apa)

İnterpress.az