İsa Qəmbərin imza vərəqələri qəbul edildibackend

İsa Qəmbərin imza vərəqələri qəbul edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a partiyanın Divan üzvü Razim Əmiraslanlı bildirib. Onun sözlərinə görə, imza vərəqələri sentyabrın 27-də DSK-ya təqdim edilib: “DSK imza vərəqələrini qəbul edib və bildirilib ki, yaxın günlərdə nəticə barədə məlumat veriləcək”.

Qeyd edək ki, DSK sentyabrın 26-da imza vərəqələrinin qəbulundan imtina etmişdi. Buna səbəb kimi Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərən dövlət avtomatlaşdırılmış informasiya sisteminin dairə seçki komissiyasından ötürülən məlumatları qəbul etmək imkanında olmaması göstərilmişdi.

İnterpress.az