PKK-nın müalicə evləri ortaya çıxdıbackend

PKK-nın müalicə evləri ortaya çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, təhlükəsizlik güclərinin PKK terror təşkilatına qarşı iyul ayının ortalarından bu yana daxildə və xaricdə həyata keçirdiyi əməliyyatlarda təxminən 1500 terrorist zərərsizləşdirilib. Yaralı halda qaçan və ya qaçırılan terroristlər üçün isə Diyarbakır, Mardin və Şanlıurfa başda olmaqla bəzi şəhər və bir çox rayonlarda müalicə evləri qurulduğu məlumatı kəşfiyyat və təhlükəsizlik birlikləri tərəfindən əldə edilib. Bu evlərə PKK və KCK xadimlərinin çox ağır yaralı olmayan üzvləri gizlicə aparılaraq müalicə edililir. Ağır yaralı olanlar isə ya əməliyyat zamanı təhlükəsizlik güclərinin əlinə düşməsin deyə ya edam edilir ya da PKK həkimlərin \”sağalmaz\” raportu verildikdən sonra edam edilir.

Təcili Yardım maşınları yağmalanır

PKK və KCK xadimləri əvvəldən müəyyən etdikləri xəstəxanalara basqın edir və pusquya düşürdükləri təcili yardım maşınlarından əldə etdikləri sarğı materialları və tibbi dərmanları bu müalicə evlərinə daşıyırlar. Təşkilata yaxın bəzi apteklər də bu evlər üçün pul qarşılığı vəsait təmin edildiyi kəşfiyyat birlikləri tərəfindən təsbit edilib.

Həkimlər HDP-lidir?

Terror təşkilatı PKK-nın 100-dən çox yaralı döyüşcüsünün bölgədəki bu evlərdə müalicə aldığı müəyyən olunub. Bu evlərdə HDP-PKK əlaqəsi olan həkim və tibb bacılarının çalışdığı informasiyasını əldə edən təhlükəsizlik birlikləri bölgədəki bu çəxsləri araşdırır.

İnterpress.az