Bu barədə məlumatı İnterpress.az-a AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin mətbuat katibi Vüsal Qarayev verib.
Onun sözlərinə görə, Təşkilat Komitəsi qurultayın oktyabrın 18-də Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirilməsini qərara alıb.
Qurultaya bir çox xarici qurumların, eləcə də ölkədə fəaliyyət göstərən partiya və təşkilatların nümayəndələri dəvət olunacaq: “Qeyd edək ki, qurultayın vaxtı heç də təsadüfi seçilməyib. Belə ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında \”Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı\” qəbul olunub və bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşub. AXCP EQTK qurultay üçün bu tarixi seçməklə xalqa əbədi lider Əbülfəz Elçibəyin ideyalarını davam etdirəcəyi mesajını verir”.
İnterpress.az