Bu barədə APA-ya mərhumun yaxın qohumu, hüquqşünas Səməd Vəkilov məlumat verib. Onun sözlərinə görə, Rusiyanın Sibay şəhərində bıçaqlanaraq öldürülən peşəkar karate ustası, 42 yaşlı Ceyhun Qəhrəmanovun meyiti Azərbaycana gətirilib, Bakının Pirşağı qəbiristanlığında torpağa tapşırılıb.
S. Vəkilov C. Qəhrəmanovun qatilinin artıq tutulduğunu deyib: “Bizə verilən məlumata görə, onu qətlə yetirən Özbəkistan vətəndaşı saxlanılıb”.
Qeyd edək ki, Rusiya Federasiyasının Sibay şəhərində bizneslə məşğul olan C. Qəhrəmanov sentyabrın 25-də bıçaqlanıb. O, ürəyindən aldığı bıçaq xəsarətindən ölüb.
İnterpress.az