Dünyanın gözü NASA-da… Bu axşam açıqlanacaq! – YENİLƏNİBbackend

Dünyanın gözü NASA-da… Bu axşam açıqlanacaq! – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) bu gün Mars planetinə dair çox mühüm elmi tapıntının açıqlayacağını bildirmişdi. NASA bütün dünyanın maraqla gözlədiyi açıqlamasında Mars səthində su olduğunu və bu suyun zaman-zaman maye halda olduğunu bildirib.

ABŞ-ın paytaxtı Vaşinqtondakı NASA mərkəzində bu gün baş verən tarixi mətbuat konfransında, Marsda periodik olaraq “axan su” olduğuna dair dəlillər olduğu açıqlanıb. NASA tərəfindən verilən açıqlamada, Mars kəşfi layihəsi çərçivəsində aparılan araşdırmalarda, Qırmızı planetdə maye, axıcı halda duzlu su olduğu bildirilir. Bu böyük kəşf, Marsda həyatın ən əhəmiyyətli parçalarından biri olduğunu göstərir. Mars səthində suyun donmuş halda olduğu uzun müddətdir bilinən bir gerçəklikdir. Ancaq planetdə maye halda su olub-olmadığı uzun müddətdir açıq qalan bir məsələ idi.

***

İnterpress.az xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) paytaxt Vaşinqtondakı mərkəzində bu gün keçirəcəyi tarixi bir mətbuat konfransı üçün son hazırlıqlarını tamamlayıb.

NASA-nın konfransda Marsda su və həyat tapıb-tapmadıqları istiqamətində vacib məlumat verməsi gözlənilir. Yayımlanan mətbuat bildirişlərində NASA-nın Mars haqqında edəcəyi açıqlamadan planetin təbiəti haqqındakı sirlərin ortaya çıxaracağı bildirilib.

Marsa təşkil edilməsi planlanan səfər hədəfinə çatarsa, Qırmızı Planetə çatan elm adamlarının araşdırmalar edərək bu zamana qədər ortaya atılan tezisləri təsdiq və ya inkar etmiş olacaq. NASA hazırda Marsda olan “Curiosity” kəşf robotunun çəkdiyi fotoşəkillər və etdiyi analizlər sayəsində planetə dair bir çox məlumat əldə edir. NASA-nın mətbuat konfransı bu gün Azərbaycan saatıyla 20.30-da canlı olaraq da yayımlanacaq.

Duzlu su axdığına dair ipuclarının olduğu ifadə edilmişdi

Mətbuat konfransını Cim Grin, Maykl Mayer və Meri Bet Vilhelm ilə birlikdə idarə edəcək olan “Georgia” Texnologiya İnstitutundan Hind əslli Lujendra Ojha adlı kosmos elmləri mütəxəssisinin olması isə NASA-nın edəcəyi vacib açıqlama haqqındakı ən böyük ipucunu verir. 2011-ci ildə Ojha 21 yaşındaykən Marsın kraterlərinə dair çəkilən görüntülərində, daha isti mövsümlərdə duzlu su axdığına dair ipuclarının olduğunu irəli sürmüşdü.

Oljha axan su səbəbiylə bəzi vadilər meydana gəldiyini iddia etmişdi. Hal-hazırda 25 yaşında olan Ojha Arizona Universitetindən Alfred McEwen ilə birlikdə qələmə aldığı bir məqalə və ən nüfuzlu elmi jurnallarından “Science”\’ də dərc edilmişdi. CNN televiziya kanalının xəbərinə görə, Mak Even də mətbuat konfrasını idarə edəcək ikinci şəxsdir.

Ojha və Mak Even eyni mövzu haqqında yazdıqları başqa bir məqalə isə 2013 “Nature Geoscinece” adlı jurnalda yer almışdı. Məqalədə Marsın ekvator hissəsində təxmin edilməyəcək qədər çox su olduğu irəli sürülmüşdü. Oljha və Mak Evenin, müdafiə etdikləri tezis ilk əvvəl bir çox elm adamları üçün inandırıcı gəlməsə də hazırda elm dünyası tərəfindən olduqca ciddi qarşılanır.

İnterpress.az