“Ermənistanın əsl məqsədi danışıqlar prosesinə xələl gətirməkdir”backend

“Ermənistanın əsl məqsədi danışıqlar prosesinə xələl gətirməkdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görüşdə iki ölkə arasındakı əlaqələrin, xüsusilə enerji layihələri üzrə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

E. Məmmədyarov TANAP və TAP qaz boru xəttinin inşasının uğurla davam etdirildiyini qeyd edərək, bu layihələrin keçəcəyi ölkələr və regionlar boyunca əməkdaşlığa, yeni iş yerlərinin açılmasına və inkişafa xidmət edəcəyini və regionun enerji mənzərəsini dəyişəcəyini vurğulayıb.

N. Kotzias isə Azərbaycan və Yunanistan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün bir çox sahələrdə geniş imkanların mövcudluğunu qeyd edib. Rəsmi səfərlərin və hökumətlərarası komissiyaların önəmindən danışan yunanıstanlı nazir siyasi məsləhətləşmələr aparmaq məqsədilə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

Görüşdə həmçinin E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqların son vəziyyəti ilə bağlı məlumat verib. O, Ermənistanın müxtəlif təxribat əməlləri vasitəsilə qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyəti gərginləşdirməsi, atəşkəs rejimini intensiv şəkildə pozması faktlarını qeyd edərək, Ermənistanın əsl məqsədinin danışıqlar prosesinə xələl gətirmək, işğal və təcavüzə əsaslanan mövcud “status-kvo”nu davam etdirmək olduğunu vurğulayıb.

Sonra miqrant problemi və turizm sahəsində əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İnterpress.az