Bunu hazırkı prezident Ann Brassör Strasburqda başlayan payız sessiyasında çıxışı zamanı deyib. “2016-cı ilin yanvarından yeni prezident olacaq. Bu, prezident kimi mənim son iclasımdır”, – deyə o, söyləyib.
AŞPA-nın daxili prosedur qaydalarına uyğun olaraq prezidentlik növbəsi Avropa Xalq Partiyası fraksiyasına çatıb. Bu fraksiyadan isə prezidentliyə namizədlik üçün fraksiyanın rəhbəri Pedro Aqramunt və AŞPA-nın keçmiş prezidenti Jan Klod Minyon mübarizə aparacaq. Xatırladaq ki, P. Aqramunt AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisidir.
İnterpress.az