“Azərişıq” ASC-yə vurulmuş ziyanla bağlı cinayət işi başlanıbbackend

“Azərişıq” ASC-yə vurulmuş ziyanla bağlı cinayət işi başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluğun mətbuat xidmətindənİnterpress.az-a verilən məlumata görə, araşdırmalar zamanı Goranboy Elektrik Şəbəkəsinin Veyisli yüksək gərginlikli yarımstansiyasının əməkdaşı Eldəniz Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rayon ərazisində 18 abonentdən müxtəlif məbləğlərdə pul alaraq onların elektrik sayğaclarındakı göstəriciləri təhrif etməklə “Azərişıq” ASC-nin qanuni mənafeyinə 25.900 manat məbləğində zərər vurmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

İnterpress.az