Zəvvarların Həccdən dönüşü ləngiyirbackend

Zəvvarların Həccdən dönüşü ləngiyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya bildirilib ki, gecikməyə səbəb Ciddə aerportunda olan izdihamdır.

“Azərbaycanlı zəvvarları gətirən ilk təyyarə Bakı vaxtı ilə təxminən saat 19.00 radələrində Ciddədən Bakıya istiqamət alacaq. İlk reysin ardınca yarım saat intervalla daha 2 təyyarənin bu gün zəvvarları Bakıya gətirməsi planlaşdırılır”, – deyə QMİ-dən qeyd ediblər.

QMİ-dən onu da bildiriblər ki, azərbaycanlı zəvvarları Bakıdan Ciddəyə AzAL-ın təyyarələri aparsa da, geri dönüş reyslərini Səudiyyə Ərəbistanının aviaşirkəti həyata keçirir.

Qeyd edək ki, qrafikə görə, azərbaycanlı zəvvarların dönüşü sentyabrın 29-dan başlayır. Sonuncu zəvvar qrupu Ciddədən Bakıya təyyarə ilə oktyabrın 1-də qayıtmalıdır.

Bu il Həccə Azərbaycandan 2400-ə qədər zəvvar yola düşüb. Onlardan üçü Məkkədə dünyasını dəyişib.

İnterpress.az