İnterpress.az İran mətbuatına istinadən xəbər verir ki, onun səsləndirdiyi fikirlər bütün islam aləmində dəhşətlə qarşılanıb.
Əhvədi Mina dağında azı 4700 nəfərin öldüyünü, 3 min cəsədin hələ də TIR-larda saxlanıldığını bildirib:”Mina dağında ölən iranlı zəvvar sayı 228-ə çatıb. 248 nəfərdən hələ də xəbər ala bilməmişik. Bizim məlumatımıza görə ölü sayı ən azı 4700 nəfərdir. Onlardan 3 min cəsəd tanınması üçün TIR-larda saxlanılır”.
Səudiyyə Ərəbistanı isə bu iddialarla razılaşmır. Rəsmi açıqlamalarına görə isə, aralarında 169 iranlı zəvvarın da olduğu 769 nəfər ölüb, 934 nəfər xəsarət alıb.
İnterpress.az