Bakıda təşkil ediləcək yarmarkaların yeri açıqlandıbackend

Bakıda təşkil ediləcək yarmarkaların yeri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Modern.az saytına Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.

O qeyd edib ki, yarmarkalar şənbə və bazar günləri, Bakının 5 rayonunda təşkil ediləcək və orada kənd təsərrüfatı məhsulları satılacaq:

“Fermerlərin arzuları, nazirliyə olan müraciətləri, həmçinin paytaxt sakinlərinin yarmarkaların bərpa olunması ilə bağlı istəkləri nəzərə alınaraq Qurban bayramında müxtəlif ünvanlarda yarmarkalar təşkil edildi. Yarmarkalar daim nazirliyin nəzarətindədir. Çalışırıq ki, daha 10 ünvanda yarmarka təşkil edilsin. Bakı şəhər İcra Hakimiyyəti ilə həmin ünvanların müəyyənləşdirilməsi ilə bağlı müzakirələr gedir”.

Murtuzəli Hacıyev hər şənbə və bazar günləri təşkil edilən yarmarkaların ünvanlarını açıqlayıb:

Xətai rayonu – Məzahir Rüstəmov küçəsi (“Bakı” kinoteatrının yanı);

Səbail rayonu – Badamdar qəsəbəsi;

Nərimanov rayonu – Keşlə bazarının yanı;

Binəqədi rayonu – Dərnəgül qəsəbəsi;

Suraxanı rayonu – Əmircan qəsəbəsi”.

İnterpress.az