Voytsex Savitski yenidən AŞPA-nın baş katibi postuna seçilibbackend

Voytsex Savitski yenidən AŞPA-nın baş katibi postuna seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AŞPA baş katibi postuna seçkilər iki namizəd, Assambleyanın hazırkı baş katibi Voytsex Savitski və serbiyalı xanım Svetislava Bulajiç arasında keçirilib. Voytsex Savitski 140 səs toplayaraq yenidən AŞPA-nın baş katibi vəzifəsinə seçilib. Xanım Svetislava Bulajiçə isə 108 deputat səs verib.

Qeyd edək ki, AŞPA-nın baş katibi Voytsex Savitski daha 5 il müddətinə bu vəzifəsini icra edəcək. Onun hazırkı baş katiblik mandatı gələn ilin fevral ayında bitməli idi.

İnterpress.az