Bu barədə “Röters” xəbər yayıb.
“Dünya ictimaiyyəti İŞİD qruplaşmasına zərbə endirib. Fransa, habelə Bəşər Əsəd İŞİD-ə zərbələr endirib, Rusiya isə heç bir zərbə endirməyib. Məhz kimin nə etdiyinə diqqət yetirmək lazımdır”, deyə nazir qeyd edib.
Onun sözlərinə görə, Rusiya tərəfi İŞİD-ə “media zərbələri” endirmək əvəzinə qruplaşmanın mövqelərinə real hava zərbələri endirmək daha məqsədəuyğun olardı: “Rusiya terrorçulara qarşı çıxırsa, onlara qarşı hava zərbələrin endirilməsi tamamilə normal bir hal olardı.
Bundan əvvəl Rusiya, İran, Suriya və İraqın Bağdadda İŞİD-ə qarşı mübarizə üzrə İnformasiya mərkəzi yaratması barədə məlumat verilib.
İnterpress.az