VI Rusiya-Azərbaycan regionlararası forumu başlayıbbackend

VI Rusiya-Azərbaycan regionlararası forumu başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbir Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təşkil olunub.

Məlumata görə, ənənəvi irimiqyaslı tədbirdə hökumət nümayəndələri, deputatlar, diplomatlar və iki ölkənin bölgə rəhbərləri iştirak edir. Azərbaycanın nümayəndə heyətinə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov rəhbərlik edir.

Rusiya və Azərbaycan prezidentləri Forumun iştirakçılarına və qonaqlarına təbrik məktubları ünvanlayıblar. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, ötən illər ərzində forum nüfuzunu möhkəmləndirib və hər iki ölkənin həyatında böyük və mühüm hadisə olması barədə daha inamla xəbər verir.

“Forum Rusiya və Azərbaycan hakimiyyət orqanlarının rəhbərləri, QHT-lər, tanınmış alimlər, siyasətçilər, mədəniyyət xadimləri, işgüzar və ekspert dairələrinin nümayəndələrinin diqqətini cəlb edir, habelə bizim tərəfdaşlığımız üçün əhəmiyyətli olan geniş perspektivli ideya və layihələr ətrafında fikir mübadiləsinin aparılması üçün faydalı platformadır”.

Forum çərçivəsində keçiriləcək ekspert görüşləri və “dairəvi masa”lar zamanı sənaye və işgüzar dairələrin nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrinə aid müəssisələrin rəhbərləri, həmsərhəd rayonların İH başçıları inteqrasiya münasibətlərinin problematikasını və nəqliyyat, rabitə, turizm, humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.

Xüsusi diqqət Rusiya və Azərbaycan regionları arasında birbaşa təmaslara yönəldiləcək.

Tədbir zamanı Rusiya Xarici Ticarətin və Beynəlxalq İqtisadi Əlaqələrin İnkişafı Şurası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) arasında saziş və bir sıra perspektivli investisiya layihələri üzrə bir çox ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Regionlararası dialoq çərçivəsində ilk dəfə Rusiya-Azərbaycan Gənclər Forumu keçirilməsi və bu tədbirin də gələcəkdə ənənəvi xarakter daşıyacağı gözlənilir. ( apa )

İnterpress.az