Ötən gecə ermənilərin açdığı atəş nəticəsində Ağdamın Hacıməmmədli kəndi sakini Yavər Vəliyevə məxsus ot tayasında yanğın başlayıb.
Ərazi Ermənistan Silahlı Qüvvələrinin mövqelərindən tam müşahidə olunduğundan yanğına müdaxilə etmək mümkün olmayıb. Nəticədə 200 bağlama ot tamamilə yanaraq, külə dönüb. Alov yaxınlıqdakı tiklilərə keçməyib. ( apa )
İnterpress.az