İnterpress.az xəbər verir ki, əməliyyata 4700 polis əməkdaşı cəlb olunub.
\”Yeditepe Huzur\” adı altında keçirilən əməliyyat zamanı şübhəli maşın və şəxslər saxlanılıb. 22 minə yaxın insanın şəxsiyyəti yoxlanılıb.
Onlardan 129 nəfəri müxtəlif səbəblərdən axtarışda olduqlarına görə saxlanılıb.
4 729 avtomobilə baxış keçirilib və onlardan 96-nin hərəkəti məhdudlaşdırılıb.
1050 iş yerinə baxış keçirən polis onlardan 82-i barədə qərar çıxarıb.
Əməliyyat zamanı 23 tapança, çox sayda fişəng, kəsici alətlər, 465 qram narkotik maddə, 7 min saxta pul, 2700 qutu qaçaqmal siqaret götürülüb.
İnterpress.az