Maşın piyadanı vuraraq öldürdü – Biləsuvardabackend

Maşın piyadanı vuraraq öldürdü – Biləsuvarda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə sentyabrın 30-da Ələt-Astara magistralının rayonun Xırmandalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Xırmandalı kənd sakini, 1957-ci il təvəllüdlü Eyvaz Adış oğlu Orucov yolu keçmək istəyərkən Neftçala rayon sakini, 1960-cı il təvəllüdlü Cahangir Novruz oğlu Novruzovun idarə etdiyi “Mercedes” markalı, 99 JX 607 dövlət nömrə nişanlı qoşqulu yük maşını onu vurub. Piyada aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qəzanı törətmiş sürücü istintaqa cəlb olunub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

İnterpress.az