Seçki Məcəlləsinə əsasən səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18:00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir.
Qeyd edək ki, Milli Məclisə seçkilər noyabrın 1-də keçiriləcək. 2015-ci il sentyabrın 12-dən seçki ilə bağlı başlanan bu müddət oktyabrın 2-si saat 18:00-da yekunlaşacaq.
İnterpress.az