FİA paytaxt küçələrində təşkil olunacaq yarışı gələn il 19 iyuna salıb.
Halbuki, ilkin siyahıda bu Qran Prinin iyulun 17-də baş tutacağı bildirilirdi. FİA bu addımı Bakı mərhələsinin 24 saat Le Man rallisi ilə üst-üstə düşməməsi üçün atdığını bəyan edib.
Qeyd edək ki, \”Formula-1\”də 2016-cı il mövsümünün startı martın 20-də Melburn Qran Prisi ilə veriləcək. Bakıdakı yarışadək Bəhreyn (3 aprel), Şanxay (17 aprel), Soçi (1 may), Barselona (15 may), Monte-Karlo (29 may) və Monreal (12 iyun) Qran Priləri də keçiriləcək. Qalibin adı mövsüm ərzində keçiriləcək 21 Qran Prinin yekununda məlum olacaq.
İnterpress.az