25 İran cəsusu tutuldu – İDDİAbackend

25 İran cəsusu tutuldu – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verr ki, Küveyt Daxili İşlər Nazirliyi tərəfindən saxlanılan 25-i İran, biri isə Küveyt vətəndaşı olmaqla 26 nəfər ölkədə casusluq fəaliyyəti ittihamı ilə hakim qarşısına çıxarılıb.

Küveyt məhkəmə sədri saxlanılan iranlıların \”önəmli şəxsləri izləmək və çəkiliş aparmaq üçün gizli kamera təmini və yerləşdirilməsi, ağır və yüngül silah paylaması, dövlətin xüsusi məlumatlarını əldə edib İrana ötürməsi\” kimi cinayətlərdən mühakimə olunacaqlarını deyib.

Hakim, sözü gedən şəxslərin ölkəni bölməyə çalışan bir cəsus şəbəkəsi olduğunu irəli sürüb.

Novbəti məhkəməyə qədər saxlanma müddətlərinin davam etməsinə qərar verən məhkəmə, gələcək günlərdə iddia ilə bağlı məhkəmənin son qərarını açıqlayacaqlarını bildirib.

Məhkəmədə sədri prosesinin davam etdiyini və cəsusluq fəaliyyətlərində olanlara Küveytdə icazə verilməyəcəyini deyib.

Küveyt təxminən 35 ildir ki, \”siyasi islam\”ı Orta Şərqə yaymağa çalışdığı üçün İranla heç bir dialoqa girmir.

1979-cu ildəki İran İslam İnqilabının ardından keçən il iyun ayında Küveyt əmiri Sabah Əhməd Cabir Sabah, Tehrana ilk dəfə ziyarət etmişdi.

Uzun bir aradan sonra dövlət başçıları səviyyəsində gerçəkləşən danışıqlarda, təhlükəsizlik, hava, daşıma, gömrük, idman, turizm və ətraf mühit mövzularında yeddi əhəmiyyətli razılaşmaya imza atılmışdı.

Xüsusilə turizm razılaşmasıyla İranlı vətəndaşların Küveytə birbaşa gəlmələri ölkədəki dini liderlər tərəfindən zina olaraq qəbul edilən “muta nikahının” ölkədə yayılacağı səbəbiylə tənqid olunmuşdu.

Bundan başqa danışıqlarda məzhəb qarşıdurmalarının əngəllənməsi üçün yeni işlərin görülməsi qərarı alınmışdı.

Qeyd edək ki, Küveyt xalqının demək olar ki, tamamı sünni, İran xalqı isə şiə məzhəbinə mənsubdur.

İnterpress.az