İrandan Səudiyyə Ərəbistanına sərt xəbərdarlıqbackend

İrandan Səudiyyə Ərəbistanına sərt xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yüksək rütbəli ordu komandirlərinin da qatıldığı hərbi mərasimdə çıxış edən İran dini lideri Riyad rəhbərliyini nəzərdə tutan, \”İranın əlinin üstün olduğunu və bir reaksiya verilsə vəziyyətlərinin yaxşı olmayacağını bilməlidirlər\” deyə çıxış edib.

Mina faciəsi üçün İranın da qatılacağı \”gerçəkləri araşdırma komitəsi\” nin qurulmasını istəyən Xameneyi, \”Hadisənin səbəbi ilə bağlı hələlik qərəzli olmamağa çalışırıq, ancaq Riyad rəhbərliyinin zərər çəkmişlər məsələsində öz vəzifəsini yerinə yetirmədiyinə inanırıq\” deyə bildirib.

Səudiyyə Ərəbistanını ölən hacılar haqqında öz üzərinə düşən vəzifələrini yerinə yetirməməkdə günahlandıran Xameneyi, İranın İslami ədəb və qardaşlıq hörməti üçün bu vaxta qədər soyuqqanlı davrandığını söyləyib.

Mina\’daki izdihamda ölən İran vətəndaşının 239-a yüksəldiyini və 241 İranlı hacının da itkin olduğunu ifadə edən Tehran rəhbərliyi yenidən Səudiyyə Ərəbistanının Tehrandakı səfirini Xarici işlər nazirliyinə çağırıb.

Bundan öncə də İran 3 dəfə Səudiyyə təmsilçilərini nazirliyə çağırmışdı.

İnterpress.az