İŞİD əsir kürdlərin başını kəsdibackend

İŞİD əsir kürdlərin başını kəsdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, terror təşkilat İŞİD paylaşdığı video ilə Mosulda bir qrup peşmərgəni edam etdiyini açıqlayıb. Dünən sosial şəbəkələrdə yayılan videoda əsir düşən peşmərgələrin vəhşicəsinə başlarının kəsildiyi görülür.

Videoda peşmərgələri edam edən İŞİD-çilərdən biri kürt dilində, əsir yaxınları ilə Kürdüstan Muxtar Vilayətinin lideri Məsud Bərzaniyə mesaj verir və paytaxt Ərbili işğal edəcəkləri ilə təhdid edir.

Videonun çəkiliş texnikasından bilinir ki, edama bir müddət əvvəl hazırlıq görülüb. Görüntülərdə şəhid edilmədən əvvəl bir peşmərgənin “Quran-i Kərim” oxuduğu, bir digər peşmərgənin isə şəhadət gətirdiyi görülür. Sayı dəqiq olmasa da, edam edilən peşmərgələrin 7-dən çox olduğu aydın olur.

Xadırladaq ki, dünən Kürdüstan peşmərgə güclərinin Kərkükün qərb hissəsinə həyata keçirdiyi əməliyyat nəticəsində İŞİD-ə xeyli zərbə vuraraq 17 kəndi İŞİD-dən təmizlədiyini elan etmişdi.

İŞİD əsir kürdlərin başını kəsdi

İnterpress.az.