Bağdad: Sərhədi qoruya bilmirikbackend

Bağdad: Sərhədi qoruya bilmirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ənbar şəhər məclisi sözçüsü Ayid Amaş mətbuata etdiyi açıqlamada, İŞİD-ə qarşı döyüşdə ölkənin Suriya ilə olan sərhədinin qorunması lazım olduğunu ifadə edib.

Ayid Amaş \”İraq – Suriya sərhədi İŞİD-ə bağlanmadan terror təşkilatı ilə mübarizədə və işğal altındakı bölgələri təmizləmək olmaz\” deyib.

İŞİD-in Suriyadan İraqa döyüşcü gətirməyə davam etdiyini xatırladan Amaş, \”İraqda min İŞİD-li öldürülsə Suriyadan 2 min dəstək gətirilir\” deyə bildirib.

Bu açıqlama ilə Bağdad rəsmiləri Beynəlxalq koalisiya güclərindən hava əməliyyatları və ya hərbi güc vasitəsilə İraqın sərhədinin qorunması tələb edib.

Xatırladaq ki, İŞİD-in hücumlarına görə İraq Ordusuna aid sərhəd qoşunları hazırda bölgədən çəkilmiş vəziyyətdə.

İnterpress.az