İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada sərnişin avtobusu idarəetmədən çıxıb və dayanacaqda gözləyən insanları əzib. Nəticədə 11 nəfər ölüb, 8 nəfər isə ağır bədən xəsarətləri alıb.
Paytaxt valiliyindən verilən açıqlamada bildirilir ki, Cəbəci qəsəbəsində təkəri boşalan avtobus dayanacağa girib. Nəticədə bu faciə baş verib.
İnterpress.az