Dnepropetrovsk Şəhər Şurası uydurma “erməni soyqırımı”nı tanıyıbbackend

Dnepropetrovsk Şəhər Şurası uydurma “erməni soyqırımı”nı tanıyıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev APA-ya bildirib ki, Şəhər Şurasının son sessiyasının son iclasında tələsik belə bir sənədin qəbul olunması vilayətdəki Azərbaycan icması ilə yanaşı, digər xalqların, eləcə də vilayətin rəsmi qurumlarının təəccübünə və narazılığına səbəb olub.

Q. Hacıyev rəsmi qurumlardan topladığı məlumatlar əsasında Şəhər Şurasında qondarma sənədin necə qəbul olunmasına aydınlıq gətirib: “Yerli vaxtla saat 16:00-da keçirilən iclasda Dnepropetrovsk Şəhər Şurasının sədri, şəhər meri əvəzi Qalina Bulavka əvvəlcə iclasın gündəliyinə çıxarılan 8 məsələyə bir yerdə səs verilməsini xahiş edib. Deputatlar təqdim olunan sənədlərə toplu halda, müzakirəsiz səs veriblər. Səsvermədən sonra gündəliklə tanış olan Şəhər Şurasının deputatı Sergey Vorobyov qəbul olunan sənədlər arasında uydurma “erməni soyqırımı”nın tanınmasının da yer aldığını görüb və buna kəskin etirazını bildirib. Vorobyovun narazılığının kütləvi etiraza səbəb olduğunu görən Q. Bulavka tələsik iclası bağlı elan edərək zalı tərk edib. Biz hadisədən xəbər tutan kimi dərhal Q. Bulavka ilə görüşməyə cəhd göstərsək də, o, görüşdən qaçdı. Əminik ki, Bulavka erməni fitnəsinin qurbanı olub”.

Q. Hacıyev Azərbaycan diasporunun nümayəndələrinin Dnepropetrovsk şəhər merinin birinci müavini Anatoli Krupski ilə görüşdüklərini söyləyib. Görüş zamanı Şəhər Şurasının belə bir uydurma qərar qəbul etməsindən xəbərsiz olduğunu bildirən A.Krupski ciddi araşdırma aparılacağını və qərarın ləğv olunması üçün bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.

Qeyd edəık ki, Ukrayna Millətlər Assambleyasının sədri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri Rövşən Tağıyev məsələ ilə bağlı hər iki təşkilat adından Ukrayna prezidentinə və Ali Radaya etiraz məktubu hazırlandığını deyib.

İnterpress.az