Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
Qeyd edək ki, İŞİD silahlılarının Xama əyalətindəki komanda məntəqəsi sentyabrın 30-da Rusiya təyyarələrinin zərbələri nəticəsində dağıdılmışdı.
Suriya Silahlı Qüvvələrinin qərargahı və hava kəşfiyyatı vasitələri qeyd olunan ərazidə bərpa işlərini vaxtında aşkarlaya bilib.
“Bərpa işlərinin qarşısını almaq məqsədilə Əl-Latamna rayonunda yerləşən komanda məntəqəsinə əlavə hava zərbəsi endirilib. Qeyd olunan obyekt tamamilə məhv edilib”, deyə Konaşenkov bildirib.
İnterpress.az