Ağdam təmsilçisi II tura təsadüf edən ilk ev qarşılaşmasında Belçikanın adlı-sanlı klublarından olan \”Anderlext\”i qəbul edib.
İlk turda İngiltərədə “Tottenhem”ə 1:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri ilk xallarını Brüssel klubu ilə qarşılaşmada qazanıb. Ardıcıl 4-cü oyunda qol sevinci yaşayan Riçard Almeydanın ilk hissədə fərqlənməsi “Qarabağ”a 3 xal gətirib. Belə ki, bu top matçda yeganə olub.
Azərbaycan klublarının qrupda ilk qələbəsini qazanan Ağdam təmsilçisi turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. Buna “Qarabağ”ı ilk oyunda məğlub edən \”Tottenhem\”in Fransadan xalla ayrılması səbəb olub. “Monako”nun qalib gələ bilməməsi təmsilçimizi 2-ci pilləyə daşıyıb.
İnterpress.az