Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 2-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0002 manat və ya 0,02% azalaraq 1,0483 manata enib.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0032 manat və ya 0,27% artaraq 1,1720 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,62% ucuzlaşaraq 0,0160 manat olub.
İnterpress.az