“Qoruyucu Mələklər” Diyarbəkirdəbackend

“Qoruyucu Mələklər” Diyarbəkirdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İraq və Əfqanıstanda 1000-ə yaxın ABŞ əsgərini döyüş bölgəsindən qurtaran \’Qoruyucu Mələklər\’ birliyi Diyarbəkirə gedib. İŞİD, koalisiya təyyarələrini vurursa əsir düşən ya da yaralanan pilotları onlar qurtarıb Türkiyəyə gətirəcək.

İŞİD, Fevral ayında F-16-sı düşən İordaniyalı pilot Muaz əl-Kəsasibəni girov götürüb, sonra diri-diri yandırmışdı. O dövrdə İordaniya, “pilotumuz vaxtında xilas edilsəydi İŞİD-in əlində olmayacaqdı” deyərək etirazını dilə gətirmişdi. Bəzi Ərəb ölkələri də “Xilasetmə qrupları çox uzaqda” deyərək əməliyyatlara qatılmaqdan imtina etmişdi. O dövrdə Türkiyədəki hərbi hava bazaları istifadəyə açıq olmadığı üçün Bəhreyndəki bazaları istifadə edən ABŞ, “İncirlik” Hərbi Hava bazası daxil olmaqla 5 hava bazasının İŞİD-lə mübarizə üçün istifadəyə açılmasından sonra \’axtarış-xilasetmə\’ sahəsində də əhəmiyyətli nəaliyyətlər əldə etmiş oldu. O zaman da Döyüş bölgəsinə ən yaxın Türk Hava Hərbi Bazası olan Diyarbəkir 8-ci Əsas Qırıcı Bazası Komandanlığına da Qoruyucu mələklər (Guardian Angels) yerləşdirilmişdi. Bu birlik, 11 Sentyabr hücumlarından sonra İraq və Əfqanıstana qarşı təşkil edilən əməliyyatlarda 1000-ə yaxın Amerika əsgərini döyüş ərazilərindən sağ çıxarmışdı.

Xilasetmə, müqavimət və qaçış

Bir koalisiya təyyarəsinin vurulması halında pilotu xilasetmə və girov düşməməsinə çalışacaq bu xüsusi qrup, paraşütlə enmə, xilasetmə, sağ qalma, müqavimət göstərmə və qaçış sahəsində mütəxəssis zabitlərdən meydana gəlir. Snayperlərdən tutmuş avtomat silahlara qədər tam təchizatlı olaraq xidmət edəcək birlik, “HH-60G Pave Hawk” vertolyotları və “HC-130” təyyarələri ilə qarşıdurma bölgələrinə endiriləcək. Lazım olsa pilotların xilas etmək üçün İŞİD döyüşçüləri ilə savaşa daxil olacaqlar. Birlikdə yaralıları müalicə edəcək bir mütəxəssis, səhiyyə işçisi əsgər də olacaq. Xilas edilən pilotlar Diyarbəkirdəki bazaya gətiriləcək.

Adları gizli tutulur

Dünyanın dörd bir yanında yerləşən “Qoruyucu Mələklər” birlikləri ABŞ Hava Qüvvələrinin ən vacib və ən çətin birliyi olaraq tanınır. Bu qrupda iştirak etmək üçün əsgərlər çox çətin və disiplinli bir təlim-təhsil mərhələsindən keçir. Bu birliyə qatılmaq istəyən əsgərlərin 10-undan 9-u müvəffəqiyyətsiz olur və təhsili tamamlaya bilmir. Çox zaman düşmən torpaqlarının ortasına havadan endikləri üçün birbaşa hədəf halına gəlməsinlər deyə şəxsiyyətləri gizli tutulur. Əsgərlər, PJ (Parajumper) olaraq adlandırılır və hər birinin bir kod adı olur.

İnterpress.az