“Kiçik və orta sahibkarları acgöz məmurlar boğurlar”backend

“Kiçik və orta sahibkarları acgöz məmurlar boğurlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Məclisin bir neçə komitəsinin 2016-cı ilin dövlət büdcənə həsr olunmuş birgə müzakirələridə deputat Əli Məsimli bildirib.

Milli Məclis üzvü deyib ki, Azərbaycan büdcəsindəki vəsaitin hər bir manatının xərclənməsinə nəzarət olduqca əhəmiyyətlidir.

Əli Məsimli qeyd edib ki, Azərbaycanda iqtisadi artımı çoxaltmaq mümkün olar. Buna görə o, vergilərdən daxil olmaların və “kölgə iqtisadiyatı”nı vergiyə cəlb etməyin əhəmiyyətini vurğulayıb.

Deputat Azərbaycanda kiçik və orta sahibkarlığa yaradılan maneələrdən də söz açıb: “Bu gün kiçik və orta sahibkarlar acgöz məmurların məngənəsində boğulurlar. Onlara şərait yaradılmır. Büdcədən ayrılan vəsaitələr bəzən yerlərdə təyinatı üzrə xərclənmir. Vəsaitin düzgün istifadə edilməməsi əhali arasında narazılıq yaradır”.

İnterpress.az