Zahid Oruc: “AZAL özəlləşdirilməlidir!”backend

Zahid Oruc: “AZAL özəlləşdirilməlidir!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Məclisin komitələrinin birgə iclasında 2016-cı ilin dövlət büdəc zərfi ilə bağlı aparılan müzakirəlr zamanı deputat Zahid Oruc deyib.

Zahid Oruc Azərbaycan Beynəlxalq Bankından götürülən kreditlərin qaytarılmaması məsələsinə də münasibət bildirib:

“Yəni 6 milyarda yaxın bir vəsaitin yoxa çıxması necə mümkündür? Bu araşdırılmalıdır”.

Deputat AZAL-ın özəlləşdirilməsi təklifini də səsləndirib:

“AZAL-la bağlı demək istəyirəm ki, bu quruma dotasiyalar ayrılır. Amma artıq AZAL özəlləşdirilməlidir.

Bu gün hər kəsə bəllidir ki, istər dövlət, istərsə də özəl sahədə səhiyyə xidmətləri pulludur. Bunların özəlləşdirilməsi xəstələrin ora müraciət etməsinə və yaxud da tibb xidməti almasına məcbur etməyəcəkmi? Xəstəxanalara da pul ayrılır, amma onlar da özəlləşdirilsə, daha yaxşı olar. Çünki dövlət xəstəxanaları bütün tibbi avadanlıqlarla təmin olunsa da, onlardan dövlətə heç bir xeyir yoxdur.

Manatın devalvasiyasının 34,5 faiz olmasını insanlar yalnız 12 faiz hiss edirlər. Bu mövzu ilə bağlı bəzi iqtisadçılar yalnış fikirlər səsləndirdiyindən insanlar da bunu səhv başa düşürlər”.

Milli Məclıis üzvü Azərbaycandan kiçik olan ölkələrə, o cümlədən Gürcüstana 5 milyondan çox turist gəldiyini də diqqətə çatıdırıb:

“Amma bizdə turistlər gətirdikləri vəsaitin 70 faizini otellərə qoyub gedirlər. Bu səbəbdən də turistlər ölkəmizə gəlmək istəmirlər. Demək olar ki. otellərimizdə qiymətlər çox bahadır. Kiçik və orta sahibkarlıq inkişaf etdirilmir. Təbii ehtiyatlarla zəngin olan bir ölkəyə turistlərin gəlmək istəməməsinin başlıca səbəbi məhz türizm xidmətlərinin baha olmasıdır”.

İnterpress.az